Bütün ermənilərin katolikosundan mükafat alan rus rejissor Azərbaycana qarşı çıxdıbackend

Bütün ermənilərin katolikosundan mükafat alan rus rejissor Azərbaycana qarşı çıxdı

Məşhur sovet və rus kinorejissoru Aleksandr Sokurov “xalqı xilas etmək” mövzusunda açıq bir məktub yazıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

“Elə oldu ki, 12 iyul 2012-ci ildə Bütün ermənilərin katolikosu mənə “İşıq olsun” mükafatını təqdim etdi. Bu, mənim Ermənistana ilk və indiyə qədər yeganə səfərim idi. İsti bir ölkənin vətəndaşları ilə bir çox görüşlər oldu, nələr haqqında danışsaq da amma yenə Qarabağ probleminə və Türk dövlətinin tarixi günahına qayıtdıq. Uzun müddətdir ki, sağalmayan yaralar. İndi tikişlər ayrıldı, indi döyüşənlərin köməyinə gələcək və yaraları yeni sarğılarla bağlayacaq kimsə varmı?

Hər zaman düşünürəm ki, xalqlar siyasi bəyannamələr üçün hansısa itkilər verirlər. Niyə siyasi prinsiplər insan həyatından daha vacibdir? Xalqın ölüm və yetimliklə ödənilən qələbələrə niyə ehtiyacı var? Qanlı prinsiplər niyə bu qədər əzmkardır? Xalqı xilas etmək böyük Soljenitsının ideyasıdır. Yalnız o, barışa və məbədlərə aparacaq ağlabatan yolları göstərir. Tanrıdan nəyi soruşacağınıza dair suala yaponlar cavab verir: “zəkadan soruşun”. Həmyerlilərini itirən hər kəsə ürəkdən başsağlığı verirəm” deyə rejissor yazıb.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*