AB bu şərtlərlə Tiflisə namizəd statusu verəcəkbackend

AB bu şərtlərlə Tiflisə namizəd statusu verəcək

AB müəyyən şərtlərlə Gürcüstana üzvlük üçün namizəd statusunun verilməsini dəstəkləyib.

KONKRET.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə keçirdiyi brifinqdə deyib.

“Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edir, lakin bəzi islahatlar aparılmalıdır. Gürcüstan namizəd statusu almalıdır, çünki faktiki olaraq addımlar atılıb”, – o bildirib.

Qeyd edək ki, Avropa Komissiyası Gürcüstanın tövsiyələrinə 9 şərt irəli sürüb:

– AB və Avropa dəyərləri haqqında dezinformasiya və xarici məlumatların manipulyasiyası ilə mübarizə;

– Gürcüstanın AB-nin xarici və təhlükəsizlik siyasəti tələblərinə əməl etməsi zərurəti;

– siyasi qütbləşmənin aradan qaldırılması;

– dürüst seçkilərin keçirilməsi – xüsusilə 2024-cü il parlament seçkiləri kontekstində;

– institusional müstəqilliyin artırılması;

– məhkəmə islahatı;

– korrupsiya ilə mübarizə;

– deoliqarxizasiya;

– insan hüquqlarının, azlıqların hüquqlarının, medianın və vətəndaş fəallarının müdafiəsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*