Belçika polisi Avropa Birliyinin Brüsseldəki diplomatik xidmət qərargahında axtarış aparıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Euractiv” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
“Dekabrın 2-də təxminən 10 polis əməkdaşı Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) Brüsseldəki qərargahına daxil olub. Axtarışlar həmçinin Brüggedəki Avropa Kollecində və şəxsi evlərdə aparılıb.
Mənbələrin bildirdiyinə görə, axtarışlar AB vəsaitlərinin mümkün sui-istifadəsi ilə bağlı araşdırma ilə bağlıdır. Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları sənədləri götürüb. Satınalmalarda fırıldaqçılıq, korrupsiya və cinayətkar maraqların toqquşmasında şübhəli bilinən üç nəfər saxlanılıb.
İstintaqla yaxından tanış olan 4 nəfərin sözlərinə görə, cinayət işi EEAS iddialarından sonra açılıb və Avropa Kolleci 2021 və 2022-ci illərdə dövlət vəsaitlərini mənimsəmiş ola bilər”, – məlumatda bildirilib.
