İran hökumətinin nümayəndələri hələ ki, ABŞ ilə İslam Respublikasının nüvə proqramı barədə birbaşa danışıqlar aparmayıblar.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi bildirib.
“Biz diplomatik yolların və danışıqların tərəfdarıyıq, amma yalnız vasitəçilərlə. Vurğulamaq lazımdır ki, hələlik belə danışıqların birinci raundu belə keçirilməyib”, – nazir qeyd edib.
Məlumat İran XİN-in “Telegram” kanalında yayımlanıb.