Ermənistanın ictimai-siyasi həyatında baş verən hadisələri ayrı-ayrı siyasətçilər müxtəlif şəkildə şərh edirlər. Rusiya ilə kəskinləşən münasibətlər və Ermənistanı gözləyən siyasi fəlakəti dəyərləndirən bəzi erməni siyasi ekspertlər hesab edirlər ki, baş nazir Nikol Paşinyanın mövqeyi Qərbin istəyi ilə üst-üstə düşür.
KONKRET.az xəbər verir ki, erməni politoloq Arman Abovyan özünün Telegram kanalında yazır ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin Qərbin protektoratı altına keçməsinə razılıq verib: “İran Zəngəzur dəhlizi ilə bağlı sərt mövqe tutub və Ermənistan-Azərbaycan sərhədlərinə qoşun cəmləşdirir. Yeri gəlmişkən, İranın elit korpusunun on minlərlə əsgəri Ermənistan və Azərbaycan sərhədlərindən bir metr belə tərpənməyib. Bundan əlavə, İran Qafanda konsulluq açıb və bununla da Zəngəzuru özünün strateji maraq zonası kimi müəyyənləşdirib. Oxşar hadisələrin gedişi 2023-cü ilin əvvəlinə qədər, Ermənistan xarici siyasətdə qərbyönlü tendensiyanın kəskin şəkildə aktivləşməsinə qədər davam etdi.
İndi isə 2023-cü ilin payızıdır və İran öz taktikasını dəyişməyə başlayıb. İran prezidenti Rəisi Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanla sonuncu görüşündə Ermənistana açıq mətnlə NATO ölkələri qüvvələrinin regionda yerləşdirilməsinin və Zəngəzur dəhlizinin yaradılmasının yolverilməzliyi barədə xəbərdarlıq edib. İran anlayır ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verib və bununla da İran artıq Ermənistanı öz milli təhlükəsizliyinə təhdid hesab edir. İranın reaksiyası regional proseslərin yuxarıda qeyd olunan markerlərini birbaşa təsdiqləyir”.
Vəli Həsənov,
KONKRET.az
İki il qabaq yazlrdım ki, İran Zənqəzur dəhlizini, bacardıqca açmağa imkan verməyəcək.
Bu erməniləri müdafiə etmək adı altında hallandıracaq, çünki İran alternativ oıaraq, öz ərazisindən keçən Aslandüz Naxçıvan maqistralını irəli vermək istəyir!