Abramyan: “Azərbaycanlıların sərhədi keçməsi ciddi siqnaldır” – Ermənilərin yeni yalanı üzə çıxdıbackend

Abramyan: "Azərbaycanlıların sərhədi keçməsi ciddi siqnaldır" - Ermənilərin yeni yalanı üzə çıxdı

Prokurorluq bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qurgen Alaverdyanın Azərbaycana keçməsi ilə bağlı cinayət işi başlandığını bildirib. İş İstintaq Komitəsinin icraatına təhvil verilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Enaket” ictimai təşkilatının rəhbəri Tiqran Abramyan Facebook səhifəsində yazıb.

“Belə çıxır ki, Azərbaycanda hərbçinin görünməsinin əsas versiyası onun azərbaycanlılar tərəfindən qaçırılmasıdır. Bir hərbçinin Azərbaycanda necə görünməsi, statusu, beynəlxalq hüququ, təhlükəsizliyi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyası barədə müşahidələrimi təqdim etmək üçün bir səbəbim var idi, amma indiki halda mövzuya fərqli bir nöqteyi nəzərdən baxmağa çalışacağam.

Azərbaycanlıların qanunsuz sərhəd keçidləri və hərbçinin qaçırılması digər təhdidləri də özündə cəmləşdirir, xüsusilə nəzərə alsaq ki, bir neçə ay əvvəl azərbaycanlıların sərhədi keçərək Arequni kəndi istiqamətində ölkəmizə dərin nüfuz etməsi halları qeydə alınmışdı.

Sonra bənzər bir hadisə Arequni ilə qonşu olan icmalardan birinin istiqamətində baş verib, bu mövzuda rəsmi bir açıqlama olmayıb, nəticədə nə təkzib, nə də təsdiq edilib.

Son bir neçə ayda qeydə alınan bu hadisələr ayıq bir siqnal olmalıdır. Sərhəd bölgələrində, yaşayış məntəqələrində təhlükəsizlik sistemi daha da gücləndirilməli, Azərbaycan kəşfiyyatına qarşı mübarizə, təhlükəsizliyimiz üçün təhdidlərin zərərsizləşdirilməsi yüksək səviyyədə aparılmalıdır” deyib.

Haşiyə: Ermənistanın “Enaket” adlı ictimai təşkilatının rəhbərinin dediklərini olduğu kimi verməkdə məqsədimiz onu öz sözləri ilə yalana çıxartmaqdır. Birincisi, zabit dediyiniz o erməni dumanda azaraq Azərbaycana gəlib və ölkəmizdə qalmaq üçün video müraciət yayımlayıb. İkincisi, həmin gün iyul şəhidlərimizin qırx mərasimi olduğundan general-mayor Polad Həşimovun qisasını almaq üçün general qaçıra bilərdik. Çünki açıqladığınız kimi Azərbaycanın kəşfiyyat qrupu çox asanlıqla Ermənistan ərazisinə daxil olub. Üçüncüsü, Tiqran Abramyan deyir ki, guya Azərbaycan ordusu da Ermənistan ərazisinə, konkret olaraq Arequni kəndinə yaxınlaşıb. Yalanın böyüklüyünə baxın. Əgər belə bir hal olsaydı, dünyanın bütün jurnalistlərini, hətta Marsda “yaşayan” erməniləri dəvət edib “Türklər bizi qırırlar” deyərdiniz. Deməmisinizsə, deməli növbəti yalanı mediaya sızdırırsınız. Məqsədiniz isə aydındır. Erməni ictimaiyyətini “Azərbaycan istənilən vaxt sərhədi keçib müharibəyə başlaya bilər” fikri ilə qorxuya salmaqdır. Ali təhsili olmayan və hökumətə rəhbərlik edən Nikolun “əməllərini” ört-basdır etmək üçün bu da növbəti bir “oyundur”.  Ən nəhayət, o müharibə hələlik Qərbi Azərbaycan hesab edilən indiki Ermənistan torpağında keçirilməyəcək, çünki Qarabağda və onun ətraf rayonlarında işimiz çoxdur: Terrorçular işğal ərazilərindən çıxarılmalıdır. Paşinyanın doğulduğu Karvansaraya, Qaraqoyunlu dərəsinə, Göyçə mahalına, Zəngəzura isə səfərimiz sonra olacaq. Bunu da gözləyin!!!

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*