“M1A1” modifikasiyasındakı Amerikanın “Abrams” tankları Ukrayna cəbhəsində tank əleyhinə silahlara qarşı dözümsüzdür.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, “Abrams”lar həm də logistik çətinliklər və yüksək yanacaq istehlakı səbəbindən bəzi suallar ortaya çıxarıb. Ukraynadakı döyüşlər bir daha göstərib ki, “M1A1”lərə nisbətən “M1A3” modifikasiyasının növbəti nəsli daha davamlı, daha yüngül və qənaətcil olmalıdır.
Tanka yeni modifikasiyalara Ukraynada “M1A1” Abrams tanklarının istifadəsi də təsir edəcək. Nəşrin yazdığına görə, bu tanklardan istifadənin əsas çətinlikləri arasında “Javelin” və “Stugna-P” kimi müasir tank əleyhinə silahlara qarşı yüksək həssaslıq, habelə onların ağır çəkisi və yüksək yanacaq sərfiyyatı ilə bağlı maddi-texniki çətinliklər daxildir. “M1A3” Abrams dizayn dəyişiklikləri ilə yanaşı yanacaq sərfiyyatını da 50% azaldacaq.
Vəli Həsənoğlu,
KONKRET.az