ABŞ Ayasofyanın statusunun dəyişdirilməsindən təəssüflənir, Ərdoğan isə…backend

ABŞ Ayasofyanın statusunun dəyişdirilməsindən təəssüflənir, Ərdoğan isə...

ABŞ Ankaranın İstanbuldakı Ayasofyanın statusunu muzeydən məscidə dəyişdirmək qərarından məyusdur.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morgan Ortegusa istinadən yayıb.

“Türkiyə hökumətinin Ayasofyanın statusunu dəyişdirmək qərarından məyusuq” deyib.

Dövlət Departamenti ümid etdiyini bildirib ki, Türkiyə hökuməti kafedralın hər kəsə əlçatan qalmasını təmin etmək üçün onun sonrakı idarə olunması ilə bağlı planlarını açıqlayacaq.

Əvvəlcədən xəbər verildiyi kimi, iyulun 10-da Türkiyə Dövlət Şurası Ayasofya məscidinin muzeyə çevrildiyi 1934-cü il hökumətinin qərarını ləğv edərək Ayasofyaya məscid statusunu qaytarıb.

Sonradan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kafedralın statusunun dəyişdirilməsi ilə bağlı fərman imzalayıb. Türkiyə prezidentinin qərarına əsasən, obyekt ölkənin Dini İşlər İdarəsinə verilib.

Ərdoğanın sözlərinə görə, kafedraldakı müsəlmanlar üçün xidmətlər iyulun 24-də başlayacaq. Katedralə giriş pulsuz olacaq. Bundan əvvəl məbəd üçün bir bilet 100 lirəyə (14.5 dollar) başa gəlirdi.

Ayasofya VI əsrdə Konstantinopolda ucaldılmış və bir neçə minilliklər ərzində dünyanın ən böyük xristian kilsəsi olub. Bizans imperiyasının süqutundan və Konstantinopol türklər tərəfindən ələ keçirdikdən sonra məscidə çevrilib.1934-cü ildə müasir Türkiyənin qurucusu Atatürk məbədi muzey halına gətirməyi əmr edib, kafedral UNESCO Dünya İrsi Siyahısına daxil edilib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*