ABŞ “Azadlıq” radiosu ilə bağlı gözlənilməz qərarbackend

ABŞ “Azadlıq” radiosu ilə bağlı gözlənilməz qərar

Amerika Birləşmiş Ştatlarının Qlobal Media Agentliyi (USAGM) “Azadlıq” radiosu üçün qrantın ləğvi ilə bağlı qərarını geri götürmək qərarına gəlib.

KONKRET.az Axar.az-a istiandən xəbər verir ki, bu barədə USAGM rəhbərinin baş məsləhətçisi Keri Leyk tərəfindən imzalanmış məktubda deyilir.

Bildirilib ki, agentliyin 15 mart tarixli əvvəlki qərarı ləğv edilib və qrant müqaviləsi artıq qüvvəyə minib.

Qeyd olunur ki, agentlik gələcəkdə qrantı ləğv etmək hüququnu özündə saxlayır.

Xatırladaq ki, bundan öncə “Azadlıq” radiosu və “Amerikanın səsi”nə ayrılan maliyyənin dayandırılması ilə bağlı qərar məhkəmə tərəfindən rədd edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*