Gürcüstanın baş naziri İrakli Kobaxidze bilirib ki, “Gürcü arzusu” partiyasının yaradıcısı Bidzina İvanişvilinin artıq faktiki sanksiyalar altında olması heç nəyi dəyişməyəcək: “Bidzina İvanişvili artıq de-fakto sanksiyalar altında idi və üç ilə yaxındır şantaj olunurdu. İndi onların şantaj üçün heç bir əsası yoxdur. Əslində heç nə dəyişməyib, de-fakto sanksiyalar onsuz da işə yaradı, çünki həmin şəxs ölkənin milli maraqları ilə güzəştə getmədi.
KONKRET.az xəbər verir ki, Kobaxidze bunu jurnalistlərə müsahibəsində deyib. Yeri gəlmişkən, dünən ABŞ rəsmiləri “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edildiyini bəyan ediblər.
Vəli Həsənoğlu,
KONKRET.az