ABŞ və İsrail BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatını dayandırmaq barədə razılığa gəliblər.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
“ABŞ administrasiyası UNIFIL-in mandatını uzatmamaq qərarına gəlib və İsrailin onu başqa cür razı salmağa heç bir cəhd göstərmədiyi bildirilir”, – “The Jerusalem Post” yazıb.
“The Times of Israel” isə yazır ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatı ilə bağlı səsvermə avqustda təşkilatın Təhlükəsizlik Şurasında keçirilməlidir və ABŞ sadəcə olaraq növbəti qətnaməyə veto qoya bilər.
Nəşrin mənbələrinin bildirdiyinə görə, ABŞ hələ UNIFIL-ə dəstək barədə qərar qəbul etməyib, lakin ciddi islahatlar görmək istəyir ki, bu da belə dəstəyi geri götürmək anlamına gələ bilər.
UNIFIL-in mandatı hər il BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə verilir, o, 1978-ci ildə yaradılıb. Bu arada, israilli jurnalistlər qeyd ediblər ki, ABŞ, İsrail və BMT-dən UNIFIL ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.