ABŞ COVID-19 peyvəndi üçün Britaniya şirkətinə 1,2 milyard dollar verdibackend

ABŞ COVID-19 peyvəndi üçün Britaniya şirkətinə 1,2 milyard dollar verdi

ABŞ AstraZeneca dərman şirkətinə COVID-19 koronavirusuna qarşı peyvənd hazırlamaq üçün 1,2 milyard dollar ayırıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Səhiyyə Nazirliyi və Britaniya-İsveç konserni 21 may cümə günü məlumat yayıb.

Bu pul vaksinin inkişafını sürətləndirəcək və milyonlarla dozada dərmanın ABŞ-a çatdırılmasını təmin edəcəkdir.

AstraZeneca tərəfindən hazırlanan peyvənd hələ də sınaq mərhələsindədir.

Konsernə görə, şirkət bir milyard doza peyvənd istehsal etmək gücünə malikdir və alıcı axtarır. AstraZeneca onsuz da ən azı 400 milyon doz hazırlamaq barədə vədlər vermişdi. Peyvənd Oksford Universitetinin mütəxəssisləri tərəfindən hazırlanır.

Xatırladaq ki, aprel ayında Britaniyada AstraZeneca peyvəndinin ilk insan sınaqları başlayıb. Şirkət sentyabr ayında Birləşmiş Krallıqa tədarükü təmin edəcəkdir. ABŞ-a çatdırılma payıza planlaşdırılır. Eyni zamanda, AstraZeneca antikoronavirus peyvəndi hazırda dünyada sınaqdan keçirilən çox sayda peyvəndlərdən biridir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*