ABŞ bu ölkəyə dronlar və 200 hərbçi göndəribbackend

ABŞ bu ölkəyə dronlar və 200 hərbçi göndərib

ABŞ Nigeriyaya kəşfiyyat məqsədilə dronlar və təxminən 200 hərbçi göndərib.

KONKRET.az xəbər verir ki, bu barədə Daily Nigerian nəşri təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, bu addım Nigeriya hökumətinin müraciəti əsasında atılıb və ölkənin şimal-şərqində antiterror əməliyyatlarının gücləndirilməsinə yönəlib.
Göndərilən texnikaya “MQ-9 Reaper” tipli kəşfiyyat dronları daxildir.
Qeyd olunur ki, ABŞ hərbçiləri döyüş əməliyyatlarında iştirak etməyəcək, əsasən kəşfiyyat məlumatlarının toplanması və müşahidə ilə məşğul olacaq.
Məlumata görə, bu tədbirlər Çad gölü ətrafında aktivləşən ekstremist qruplaşmalara qarşı mübarizəni gücləndirmək məqsədi daşıyır.\\bakupost.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*