ABŞ bu şəxslərin vizalarını ləğv edirbackend

ABŞ bu şəxslərin vizalarını ləğv edir

ABŞ-ın Dövlət katibi Marko Rubio və Dövlət Departamenti Amerika hakimiyyətinin təhlükəli hesab etdiyi bəzi qanuni miqrantların vizalarını ləğv edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.

“Rubio öz səlahiyyətindən istifadə edərək ölkəyə qanuni şəkildə daxil olan, lakin ABŞ üçün təhlükə yaradan və əslində heç vaxt qəbul edilməməli olan çoxsaylı şəxslərin vizalarını ləğv edib”, – deyə Levitt bildirib.

Onun sözlərinə görə, Dövlət Departamenti ABŞ vizası üçün müraciət edənlərlə bağlı tələbləri və yoxlama prosedurlarını xeyli sərtləşdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*