ABŞ Avropada Adi Silahlı Qüvvələr Müqaviləsində (CFE) iştirakını dayandırır.
KONKRET.az xəbər verir ki, Rusiyanın CFE Müqaviləsindən çıxmasına cavab olaraq ABŞ müqavilə üzrə öhdəliklərin icrasını dayandırıb.
Ağ Ev Rusiyanın CFE Müqaviləsindən çıxmasından sonra məyus olduğunu bildirmişdi. Ümumilikdə, Ağ Ev hesab edir ki, ABŞ-ın CFE Müqaviləsində iştirakının dayandırılması NATO-nun “planlaşdırma, yerləşdirmə və təlimlərə təsir edən məhdudiyyətləri aradan qaldırmaqla müdafiə və çəkindirmə imkanlarını” gücləndirəcək.
Ariz Həsənoğlu,
KONKRET.az