ABŞ Çin şirkətlərinin “qara siyahısını” genişləndirdibackend

ABŞ Çin şirkətlərinin "qara siyahısını" genişləndirdi

Birləşmiş Ştatların Ticarət Departamenti ÇXR-in Sincan Uyğur Muxtar Bölgəsindəki müsəlmanların hüquqlarını pozan və ABŞ-ın milli təhlükəsizliyini təhdid edən Çinin 33 şirkət və təşkilatını “qara siyahıya” alıb.

KONKRET.az xəbər verir ki, xüsusilə, yeddi şirkət və iki qurum apardığı repressiya kampaniyasına, kütləvi həbslərə, insanların məcburi əməyə cəlb edilməsinə və Sincanda etnik azlıqların yüksək texnoloji monitorinqi zamanı hüquq pozuntularına görə siyahıya alınıb.

ÇXR ordusunun maraqlarına uyğun hərəkət edən Çin hərbçiləri ilə ticarət əlaqələrinə görə də 20-dən çox şirkət siyahıda yer alıb.

Qara siyahıda olanlar üçün Amerika mallarının və xaricdə istehsal olunan məhsulların ABŞ-ın iştirakı ilə alınmasına məhdudiyyət qoyulur.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*