ABŞ Çini geridə qoydu – Koronavirusa yoluxanların sayına görəbackend

ABŞ Çini geridə qoydu - Koronavirusa yoluxanların sayına görə

ABŞ yeni koronavirus infeksiyalarının sayına görə İtaliya və Çini qabaqlayır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “The Guardian” nəşri yayıb.

Johns Hopkins Universiteti bildirir ki, hazırda ABŞ-da koronavirus xəstəliyinə yoluxanların sayı 82 404 olub.

Bu isə ölkəni bu göstərici ilə ilk sırada saxlayır. Bundan əvvəl Çin və İtaliya liderlik edirdi.

Çin epidemiyanın başlanğıcından bəri yoluxmuş insanların sayında dəyişməz bir lider olub. İndi o, 81.782 göstərici ilə ikinci yerdədir. Ardından Avropada ən böyük koronavirusun baş verdiyi İtaliya gəlir. Bu ölkədə 80.589 insan virusa yoluxub.

Bu məlumatlar ortaya çıxdıqdan sonra ABŞ prezidenti Donald Tramp ölkədə yoluxmuş insanların sayının artmasını izah edib.

“ABŞ-ın koronavirus COVID-19 ilə yoluxma hallarının sayına görə dünyada birinci yer tutmasının səbəbi kütləvi sınaq keçirməkdir” deyib.

Onun sözlərinə görə, ABŞ dünyada daha çox sınaq keçirib.

“Covid Tracking Project” layihəsinə görə, ABŞ-da dünənədək koronavirus üçün 519 mindən çox insan sınaqdan keçib.

SARS-CoV-2 virusunun yaratdığı COVID-19 sətəlcəminin dekabrın sonlarında Çinin Uxan şəhərində baş verdiyi deyilir.

“Worldometer”ə görə, artıq dünyada 525 mindən çox insan xəstələnib, 24 min nəfər ölüb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*