Çin hazırda quruda yerləşən qitələrarası ballistik raket buraxılış qurğularının sayına görə ABŞ-ni üstələyir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Vaşinqtonun Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində ABŞ Strateji Komandanlığının (STRATCOM) yüksək rütbəli nümayəndəsi, kontr-admiral Tomas Byukenen deyib.Kontr-admiralın sözlərinə görə Çin strateji və nüvə qüvvələrini əhəmiyyətli dərəcədə genişləndirməkdə davam edir:
“Bu, “görünür, onun minimum çəkindirmə ilə bağlı nüvə doktrinasına ziddir”. Pentaqon nümayəndəsinin sözlərinə görə, Çin bu yaxınlarda silahlı qüvvələrini nüvə başlıqları da daxil olmaqla müxtəlif diapazonlu minə yaxın ballistik raketlə təchiz edib.
Vəli Həsənoğlu,
KONKRET.az