ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında fəaliyyət göstərən administrasiya ilk altı ay ərzində 100 mindən çox miqrantın saxlanıldığını açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb.
Prezidentin sərəncamına əsasən, 500 minə yaxın xarici vətəndaşın ölkədə müvəqqəti yaşama icazəsi də ləğv olunub. Rəsmilər qeyd ediblər ki, məhkəmə qərarı olmadan sərbəst buraxılan qanunsuz miqrantların sayı kəskin şəkildə azalıb — əgər ötən ilin iyun ayında belə hallar 28 minə yaxın idisə, bu ilin iyun ayında bir nəfər belə azadlığa buraxılmayıb.
Bundan əlavə, ABŞ Ali Məhkəməsi Ağ Evin təşəbbüslərini — miqrantların üçüncü ölkələrə deportasiyası və müvəqqəti qoruma statusunun ləğvini dəstəkləyib.
Müşviq Tofiqoğlu
KONKRET.az