ABŞ-da 12 mərtəbəli bina çökdü: Ölü və yaralılar var – Fövqəladə vəziyyət elan edildibackend

ABŞ-da 12 mərtəbəli bina çökdü: Ölü və yaralılar var - Fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Florida ştatında 12 mərtəbəli bina çöküb.

KONKRET.az xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb olunub. Belə ki, 3 nəfərin cansız bədəni aşkarlanaraq, ailələrinə təhvil verilib. Səlahiyyətli şəxslər binadan 35 nəfəri çıxardıqlarını və daha 100 nəfərin axtarışının davam etdiyini bildirib.

Binanın çökmə səbəbi məlum deyil.

Co Bayden binanın çökməsi ilə bağlı bölgədə fövqəladə vəziyyət elan edib. Bölgədə xilasetmə işləri davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*