ABŞ-da 164 qaradərili polis zorakılığının qurbanı olub – BU İLbackend

ABŞ-da 164 qaradərili polis zorakılığının qurbanı olub - BU İL

ABŞ-da 164 qaradərili vətəndaş Yeni il ərəfəsindən bəri polis zorakılığının qurbanı olub.

KONKRET.az xəbər verir ki, bununla bağlı CBS News telekanalı araşdırma aparıb.

Mənbə bildirir ki, iki ştat istisna olmaqla digər ştatların hamısında bir nəfərin polis tərəfindən öldürüldüyü ortaya çıxıb.  Yeni il gecəsindən bəri 164 qaradərili vətəndaş polis qurbanına çevrilib.

ABŞ-ın bir çox şəhərində irqçiliyə və polis vəhşiliyinə qarşı etirazlar daha da artır. Bütün etirazlara baxmayaraq, polisin davranışlarında və qaradərililərə qarşı hərəkətlərində ən kiçik bir dəyişiklik yoxdur.

Telekanal 1 yanvar-31 avqust 2020-ci il tarixləri arasında polis tərəfindən öldürülən 164 qaradərili kişi və qadının siyahısını yayımlayıb.

Ölümlərlə bağlı araşdırmaların hələ də davam etdiyi bildirilir.

Məhəmmədəli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*