ABŞ-da ağdərili insanlar silahla evlərini qoruyur – VİDEObackend

ABŞ-da ağdərili insanlar silahla evlərini qoruyur - VİDEO

Amerikada afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan etirazlar qaradərililərin hüquqları uğrunda mübarizənin simvoluna çevrilən küçə iğtişaşlarına çevrilib.

KONKRET.az xəbər verir ki, vəkillik fəaliyyəti ilə məşğul olan Makkloski cütlüyü Missuri ştatının Sent-Luisdəki evlərini silahla “Black Lives Matter” (“Qaraların həyatı vacibdir”) hərəkatının fəallarından ibarət bir dəstədən müdafiə etmək məcburiyyətində qalıblar.

Videodan görünür ki, qapıda dayanan Mark Makkloskinin əlində M16 avtomatik tüfəng, həyat yoldaşı Pattidə isə isə Walther PPK tapançası var.

Onları təhqir və təhdidlər səsləndirən nümayişçilər mühasirəyə alıblar. Nə üçün? Quldurlar qonşu evin qapılarını sındırdıqdan sonra cütlük qorxmağa başlayıb.

Mediada yayılan məlumatlara görə, hadisə “Black Lives Matter” tərəfdarlarının bir dəstəsinin şəhər merinin istefasını tələb etmək üçün onun evinə gedərkən baş verib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*