ABŞ-da atışma: üç nəfər öldübackend

ABŞ-da atışma: üç nəfər öldü

Amerikanın Missuri ştatının Sent-Luis şəhərinin şimalındakı ərazidə atışma nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı yerli “St. Louis Post-Dispatch” qəzeti polisə istinadən yayıb.

Polis sözçüsü Mişel Vadinqin sözlərinə görə, üç nəfər yerindəcə ölüb, digəri isə ayağından vurulub.

Qəzetin qeyd etdiyi kimi, atışmaya nəyin səbəb ola biləcəyi hələ məlum deyil, lakin səlahiyyətlilər hadisənin iki qrup arasındakı mübahisə səbəbindən baş verdiyini güman edirlər.

Polis hadisə yerindən silahları götürüb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*