ABŞ-da azyaşlı uşaq koronavirusdan ölən anasının cəsədinin yanında 16 saat vaxt keçirdibackend

ABŞ-da azyaşlı uşaq koronavirusdan ölən anasının cəsədinin yanında 16 saat vaxt keçirdi

ABŞ-ın Virciniya ştatında bir uşaq koronavirusdan ölən anasının cəsədinin yanında 16 saat vaxt keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı WGXA nəşri yayıb.

Həkim olaraq işləyən 42 yaşlı qadın evində ölü tapılıb. Tibbi müayinədən sonra onun koronavirusa yoluxduğu deyilib.

Müstəntiqlər qadının cəsədini tapmazdan təxminən 12-16 saat əvvəl öldüyünü müəyyən ediblər. Bütün bu müddət ərzində kiçik bir uşaq evdə olub.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda vətəndaşların sətəlcəm xəstəliyinə yoluxduğunu elan edib.

Xəstəliyin törədicisi olan yeni koronavirusa rəsmi COVID-19 adı verilib.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus pandemiyasının başlandığını bildirib.

Son məlumatlara görə, dünyada 20 mindən çox insan koronavirusun qurbanı olub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*