ABŞ-da bir kişi sevgilisinin parçalanmış cəsədini çamadanla atasıgilə apardıbackend

ABŞ-da bir kişi sevgilisinin parçalanmış cəsədini çamadanla atasıgilə apardı

ABŞ polisi çamadanda bir qız cəsədlərinin qalıqları ilə beş saat avtobusla yol gedən Kentukki sakini olan kişini həbs edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Mənbə bildirir ki, Melvin Martin Kentukki – İllinoys avtobusu ilə valideynlərinin yanına gedib.

Bir neçə gün sonra Martin çamadanlarını (onların sayı 3 olub) açmadıqda, valideynləri şübhələniblər. Bundan əlavə, kişinin əşyalarından xoşagəlməz bir qoxu gəldiyini qeyd ediblər.

Bir gün Martin kitabxanada olarkən ailəsi çamadanları yoxlamaq qərarına gəlib və orada insan bədəninin hissələrini tapıblar.

Martinin yaxınları polisə zəng ediblər. Məlum olub ki, qalıqlar kişinin Kentukki şəhərində birlikdə yaşadığı 31 yaşlı sevgilisinə aiddir. İstintaqa görə, qız ailədaxili zorakılıq nəticəsində ölüb. Cəsəd ən azı bir ay əvvəl parçalanıb.

Hal-hazırda Martin nəzarətdədir. O, qətldə ittiham edilir.

Babək Göyüş                    

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*