ABŞ Prezidenti Co Bayden Nyu-York ştatında qar fırtınası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.
Bildirilib ki, Bayden fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün əlavə federal yardımın ayrılmasına tapşırıq verib.
Qeyd edək ki, ötən həftə ABŞ-ın böyük bir hissəsi güclü külək və qar fırtınasına məruz qalıb. Əlverişsiz hava şəraiti nəticəsində Nyu-York, Ohayo, Kentukki, Missuri, Tennessi, Kanzas daxil olmaqla, 12 ştatda insan ölümü qeydə alınıb.
İqbal Rzayev,
KONKRET.az