ABŞ-da hərbi bazada atışma oldu – Yaralılar varbackend

ABŞ-da hərbi bazada atışma oldu - Yaralılar var

ABŞ-ın Corciya ştatında yerləşən Fort-Styuart hərbi bazasında naməlum şəxs tərəfindən atəş açılıb.

KONKRET.az APA-ya istinadən bildirir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Hadisə nəticəsində hərbi obyekt qismən bağlanıb.

“Hazırda vəziyyəti qiymətləndiririk, lakin atəş açılması ilə bağlı insidentin baş verdiyini təsdiqləyə bilərik”, – deyə bazanın nümayəndəsi, polkovnik-leytenant Endjel Tomko bildirib.

ABŞ-ın Corciya ştatında yerləşən Fort-Styuart hərbi bazasında baş verən silahlı insident nəticəsində beş hərbçi yaralanıb.

Məlumata görə, yaralananların hamısı hərbçilərdir və onlar dərhal hospitala yerləşdiriliblər.

Silahlı şəxs saxlanılıb, araşdırma aaprılır

Agentliyin qeyd etdiyinə görə, Fort-Styuart ABŞ-ın ən iri hərbi bazalarından biridir və burada minlərlə hərbçi xidmət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*