Amerika Birləşmiş Ştatlarının Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma baş verib.
KONKRET.az publika.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Hadisə şahidləri 30-50 dəfə atəş açıldığını bildirirlər.
Səlahiyyətli şəxslər hadisə yerindədirlər. Atəş açan şəxs zərərsizləşdirilib.
ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun hadisə yerinə göndərildiyini açıqlayıb.
Ştatın qubernatoru Tim Uolz isə sosial media hesabında yazıb: “Bu dəhşətli zorakılıq aktına məruz qalan uşaqlarımız və müəllimlərimiz üçün dua edirəm”.
Qeyd edək ki, Tramp vəziyyətin nəzarət altında qalacağını söyləyib.