ABŞ-da koronavirusun gündəlik artımı qeydə alındıbackend

ABŞ-da koronavirusun gündəlik artımı qeydə alındı

ABŞ-da son bir gündə 40 870 yeni koronavirus infeksiyası olub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Mənbə bildirir ki, bu, pandemiyanın başlanğıcından bəri ölkə üçün yoluxmaların gündəlik artmasıdır.

ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 2.475 milyonu keçib. Bu həftə yayılan virusun rekord tempi xüsusən, Aydaho, Alabama, Arizona, Vayominq, Corciya, Kaliforniya, Nevada, Tennessi, Texas ştatlarında qeydə alınıb.

Reuters-in məlumatına görə, bəzi ştatlarda əvvəllər tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin qismən qaldırılmasından sonra epidemioloji vəziyyət daha da pisləşib.

Johns Hopkins Universitetinin məlumatına görə, ABŞ dünyada COVID-19 hallarının sayına görə liderdir. Ondan sonra Braziliya (1.274.584) və Rusiya (620.794) gəlir.

Babək Göyüş                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*