ABŞ-da koronavurusdan 100 minə yaxın insan ölə bilər – PROQNOZbackend

ABŞ-da koronavurusdan 100 minə yaxın insan ölə bilər - PROQNOZ

Vaşinqtonda yaşayan erməni qız dünyada yayılan koronavirusla bağlı lragir.am saytına müsahibə verib.

Mövzunun aktuallığını nəzərə alaraq KONKRET.az onun fikirlərini sizə təqdim edir:

-Vaşinqtonda vəziyyət necədir, koronavirusun yayılması ilə əlaqədar bir çaxnaşma var və özünüzü bundan necə qoruyursunuz?

-Vaşinqton şəhərini Vaşinqton əyalətindən ayırmaq lazımdır, çünki ilk yoluxma halları əyalətdə idi, paytaxtda isə heç bir hal olmamışdı. Mən ötən ilin sentyabr ayından bəri Vaşinqton şəhərində yaşayıram və buradakı insanlar ənənəvi olaraq tez-tez küçələrə çıxmır, tədbirlərdə və ya mərkəzdə görüşürlər. İndi Nyu-Yorkdan fərqli olaraq burada həyəcan gözə dəymir.

Martın 11-də şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edildi, 13 martda fövqəladə vəziyyət bütün ölkəni bürüdü və sosial məsafəni qoruyub saxlamaq təklif edildi. Restoran və barlar, digər müəssisələr bağlandı. İşləmək, heyvan gəzdimək və ya alış-verişə getmək üçün evdən çıxa bilərsiniz. İndi çoxları küçədə məşq edir.

Hava çox yaxşıdır və insanlar nəfəs almağa çıxırlar. Bununla belə, insanların çoxu məhdudiyyətlərə əməl edirlər.

-Ermənistandakı səlahiyyətlilər deyir ki, insanların bir hissəsi koronavirusdan çaxnaşmaya düşüb, digər hissəsinin isə həyat tərzi heç dəyişməyib. Sizdə vəziyyət necədir?

-Burada çoxları prezidentin açıqlamalarını izləyir. O, bir neçə gün əvvəl ümidlə danışdı və Pasxa bayramından sonra normal həyata qayıtmağın mümkün olduğunu söylədi. Əksər ştatlarda koronavirus hələ zirvəyə çatmayıb. Heç kim hər şeyin Pasxadan sonra bitəcəyinə inanmadı və bir çoxları fövqəladə vəziyyət rejiminin aprelin 30-dək uzadılmasına sevindi. Çoxu əmindir ki, may ayının sonuna kimi məhdudiyyətlərə riayət etmək məcburiyyətində qalacaqlar, amma Nyu-Yorkda, şəhərin miqyasına görə tarixlər yayın sonuna qədər uzana bilər. Bunlar qeyri-rəsmi proqnozlardır.

ABŞ-dakı çaxnaşmanın səbəblərindən biri də məlumatın olmamasıdır. Bir çoxu, kifayət qədər testlərin olmadığından qorxur, infeksiyanı hətta evdə də təyin etdirmək istəyirlər. Ölkə böyükdür və bu, problem yaradır.

Hər kəs xəstəxanalarda sınaqdan keçə bilmir.

Çoxlarının virusun daşıyıcısı olduğundan xəbəri yoxdur, elə bu baxımdan evdən çıxanda xəstəliyi yayır.

Bundan əlavə, bir çoxu işsiz qaldı. Bu, ciddi problemlərə səbəb olacaq, çünki çoxlarının dolanışıq üçün pulları olmayacaq. Hökümət əlbəttə ki, dəstək paketləri verir, amma işsizlər çoxdur. Və bu, ən böyük problemdir.

-Yəni, bu xəstəlik yayın sonuna qədər davam edə bilərmi?

-Mütəxəssislər söyləyirlər ki, bəlkə də bəzi müəssisələrin fəaliyyətinə qoyulan qadağa qaldırılacaq, ancaq sosial məsafəyə riayət edilməlidir.

-Deyirlər ki, dünya əhalisinin 80-90%-i Covid-19-a yoluxacaq və bir çox ölkənin səhiyyə sistemləri bunun qarşısında tab gətirə bilməyəcək. ABŞ-da səhiyyə sistemi bacaracaqmı?

-Ölənlərin sayına görə ABŞ-dakı vəziyyət ən pisdir. Proqnoza görə, 100 minə qədər insan ölə bilər. Bu, hər kəsə yardım göstərmək üçün vaxtın olmaması ilə bağlıdır. Məsələn, Nyu-Yorkda sahə xəstəxanaları fəaliyyətə başlayıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*