ABŞ-da meşə yanğınları ilə mübarizə aparan Smoki ayısı Ermənistanı ziyarət edəcək – FOTObackend

ABŞ-da meşə yanğınları ilə mübarizə aparan Smoki ayısı Ermənistanı ziyarət edəcək - FOTO

ABŞ tarixində ən davamlı sosial reklam qəhrəmanı Smoki ayısı (Bear Smokey) bu həftə arzuolunmayan süni yanğınlar barədə məlumat vermək missiyası çərçivəsində ilk beynəlxalq səfərini Ermənistana reallaşdıracaq.

Smoki 1944-cü ildə ABŞ-da meşə yanğınlarının qarşısının alınması kampaniyasına başlamışdı və tezliklə bu kampaniyanın necə effektiv olması üzə çıxmışdı. Smokinin məşhur görünüşü – başında mühafizəçi papağı, kəmərli mavi cins şalvarı, əlində tutduğu beli və yeganə aydın müraciəti: “Yalnız siz meşə yanğınının qarşısını ala bilərsiniz” – deməsi, artıq yetmiş illik bir zamanın sınağından keçib. Parlaq iş stajı müddətində Smoki minlərlə uşaqla görüşmüş və onlara yanğının qarşısının alınması ilə bağlı əsas bilikləri vermişdi. Prezidentlər və kino ulduzları ilə, o cümlədən Con Kennedi və Arnold Şvartseneggerlə görüşməklə mesajının təsirini artırmışdı. Smokinin sayəsində amerikalıların bir neçə nəsli dağıdıcı yanğınların böyük əksəriyyətinin səbəblərini yaxşı bilirlər.

Ermənistanda olarkən Smoki ABŞ səfiri Lin Treysi və ABŞ Meşə Xidmətinin nümayəndələri ilə birlikdə həm uşaqlar, həm də hökumət rəsmiləri ilə görüşlər keçirəcək, Yerevanda və ətrafındakı meşə ərazilərinə baş çəkəcək, xalqa təbiəti sevməyi və meşə ərazilərini qorumağı öyrədəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*