ABŞ-da məşhur aktyor məişət zorakılığına görə həbs edildibackend

ABŞ-da məşhur aktyor məişət zorakılığına görə həbs edildi

“Kredd III” və “Qarışqa-adam və Arı: Kvantomaniya” filmlərindəki rolları ilə tanınan amerikalı aktyor Conatan Meyjors ailədaxili zorakılıq ittihamı ilə Nyu-Yorkda həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Aktyor “məişət münaqişəsi”nə qatıldıqdan və boğma, döymə və təcavüz ittihamı ilə həbs edilib. Qurban baş və boyun xəsarətləri ilə xəstəxanaya yerləşdirilən 30 yaşlı qadındır.

“Zərərçəkmiş polisə hücuma məruz qaldığını bildirib. Məmurlar 33 yaşlı kişini insidentsiz nəzarətə götürüblər”, – Nyu York polisi bildirib.

Meyjors Manhettendəki mənzilindən götürülüb. Aktyorun sözçüsü isə deyir ki,o heç bir səhv etməyib: “Meyjorsun yaxşı adının tezliklə təmizlənəcəyinə əminəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*