ABŞ-da qar fırtınası: 10 nəfər həlak oldu – VİDEObackend

ABŞ-da qar fırtınası: 10 nəfər həlak oldu - VİDEO

ABŞ-da qar fırtınası nəticəsində azı 10 nəfər həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Bildirilib ki, əlverişsiz hava şəraiti səbəbindən baş verən qəzalar nəticəsində insan tələfatı Ohayo, Kentukki, Missuri və Kanzas ştatlarında qeydə alınıb.

ABŞ-ın Vayominq ştatında temperatur mənfi 41 dərəcəyə düşüb.

Məlumata görə, ölkədə pis hava şəraiti səbəbindən 5,4 mindən çox reys ləğv edilib, 590 mindən çox ev və müəssisə işıqsız qalıb.

Qeyd olunub ki, Corciya, Kentukki, Nyu-York, Oklahoma, Şimali Karolina, Cənubi Dakota qubernatorları fövqəladə vəziyyət elan edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*