ABŞ-da qasırğa zamanı ölənlərin sayı 45-ə çatdıbackend

ABŞ-da qasırğa zamanı ölənlərin sayı 45-ə çatdı

ABŞ-ın Florida ştatında “İan” qasırğası nəticəsində azı 45 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə “CNN” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, Floridada 1,5 milyondan çox insan işıqsız qalıb.

Cənubi Karolina da daxil olmaqla, digər Amerika ştatları da qasırğadan əziyyət çəkib.

Qeyd edək ki, qasırğa Floridada sentyabrın 28-də baş verib və kütləvi dağıntılara səbəb olub. ABŞ Prezidenti Co Bayden ştatda fövqəladə vəziyyət elan edib. O bildirib ki, ştatın bərpası üçün aylar, illər lazım olacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*