Son üç il ardıcıl olaraq silahlı zorakılığa görə ABŞ-da dəhşətli criminal hadisələr baş verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, təkcə bu il ABŞ-da dörd və ya daha çox qurbanın olduğu 650 kütləvi atışma olub, 18,5 mindən çox insan odlu silahdan ölüb, 35,7 mindən çox insan yaralanıb.
Hadisələrin dörddə birinin ictimai yerlərdə baş verdiyi qeyd edilir. Ən çox qurbanların sayı 2023-cü ilin yanvarında qeydə alınıb – 43 nəfər. Ən ölümcül hücum Men ştatının Lyuiston şəhərində boulinq meydançasında və barda atışma olub. O atışmada 20-yə yaxın adam ölüb.
Rəsmiyyə Şərifova,
KONKRET.az