ABŞ-da son gündə 34256 nəfər koronavirusa yoluxdu – 1206 xəstə öldübackend

ABŞ-da son gündə 34256 nəfər koronavirusa yoluxdu – 1206 xəstə öldü

ABŞ-da son gündə 34.256 yeni koronavirus infeksiyası qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Con Hopkins Universiteti yayıb.

Mənbə bildirir ki, son 24 saat ərzində 1206 nəfər virusdan ölüb.

Bir gün əvvəl ABŞ-da COVİD-19-a yoluxan 24,2 min nəfər aşkar edilib, 267 xəstə ölüb.

Son məlumatlara görə, ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 6 milyon 363 min 276 nəfərə çatıb, 190 min 873 nəfər ölüb, 2,3 milyon xəstə sağalıb.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*