ABŞ-da uçuş zamanı təyyarənin mühərriki yandı – FOTO + VİDEObackend

ABŞ-da uçuş zamanı təyyarənin mühərriki yandı - FOTO + VİDEO

ABŞ-ın Kolorado ştatının Blumfild şəhərində bir neçə yerə təyyarə mühərrikinin hissələri düşüb. Yerə düşən hissələrdən ən böyüyü yaşayış evinin həyətində aşkar edilib.

KONKRET.az “Fox News” telekanalına istinadən xəbər verir ki, hissələr “Boeing 777” sərnişin təyyarəsinə məxsusdur. Belə ki, sosial şəbəkələrdə mühərriki alışıb yanan və üst örtüyü parçalanaraq ətrafa səpələnən təyyarənin görüntüləri yayılıb.

Qeyd olunur ki, göyərtəsində 241 sərnişi olan “United Airlines” şirkətinə məxsus hava gəmisi Denverdən Honoluluya uçuş edərkən qəzaya uğrayıb. Təyyarə uçuşundan qısa müddət sonra havaya qalxdığı aeroporta geri qayıdıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Image

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*