ABŞ-da uğursuzluq, Münhendə biabırçılıq: Paşinyanla bağlı nə baş verir?backend

ABŞ-da uğursuzluq, Münhendə biabırçılıq: Paşinyanla bağlı nə baş verir?

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyadakı səfir Viktor Yengibaryanı geri çağıra bilər.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Buna səbəb kimi Münhendə təşkil olunan görüşdə diaspor nümayəndələrinin demək olar ki, iştirak etməməsi göstərilir.

Baş nazir Viktor Yengibaryanın görüşü düzgün təşkil edə bilməməsindən son dərəcə narazı qalıb.

Nəşr qeyd edir ki, əgər Paşinyanın ABŞ-da erməni icması ilə görüşü sadəcə uğursuz olubsa, Münhendə bu, “biabırçı” vəziyyətlə yadda qalıb.

Qəzet Ermənistan-Almaniya Mərkəzi Şurasının rəhbəri Conatan Şpanqenberqin iclasda ÜAK yeparxiyasının, 16 kilsə ittifaqının, Erməni-Alman Şurasının və digər iri icma təşkilatlarının nümayəndələrinin iştirak etmədiyi barədə bəyanatına əsaslanır. Üstəlik, Münhen Erməni İttifaqının yeni seçilmiş rəhbərliyinin bir nümayəndəsi istisna olmaqla, qonaqlar arasında az-çox tanınmış heç kim görünməyib.

Paşinyan mövcud vəziyyətdən son dərəcə narazı idi və səfiri görüşü lazımi səviyyədə təşkil edə bilmədiyinə görə kəskin tənqid atəşinə tutub.

Ermənistan Xarici İşlər Nazirliyindəki mənbə “Past” qəzetinə bildirib ki, Yengibaryanın geri çağırılması məsələsinə həqiqətən də baxılır.

Xatırladaq ki, fevralın 14-dən 16-dək Nikol Paşinyan Almaniyada olub və orada Münhen Təhlükəsizlik Konfransında iştirak edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*