ABŞ-da yeni ştat yaradılır – Konqres təsdiqlədibackend

ABŞ-da yeni ştat yaradılır - Konqres təsdiqlədi

İnzibati nöqteyi-nəzərdən, Vaşinqton indi heç bir ştata daxil olmayan Kolumbiya federal dairəsi hesab olunur.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı CNN telekanalı yayıb.

Mənbə bildirir ki, Nümayəndələr Palatasının əksər üzvləri ABŞ-ın paytaxtı Vaşinqtona ayrıca bir ştat statusu verilməsi haqqında qanun layihəsini dəstəkləyiblər.

Layihənin lehinə 232 konqresmen səs verib, amma 180 nəfər buna qarşı çıxıb.

Demokratlar ideyanı dəstəkləyib, Respublikaçılar Partiyasının nümayəndələri isə “yox” deyiblər”.

Layihənin müəllifi, Demokratlar Partiyasının rəsmisi Eleanor Holmes Norton yeni ştatın yaranmasının siyasi və demoqrafik bir əsası olduğunu iddia edir.

Babək Göyüş                                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*