ABŞ-da zənginlər üçün yeraltı nüvə bunkeri tikiləcəkbackend

ABŞ-da zənginlər üçün yeraltı nüvə bunkeri tikiləcək

Virciniya ştatında zənginlər üçün lüks mənzilləri, ləziz yemək hazırlayan restoranları və hovuzu olan yeraltı nüvə bunkeri tikiləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb.

Mənbə qeyd edir ki, söhbət dünyanın ən zəngin 625 adamı üçün “qiyamət günü üçün dəbdəbəli qala”dan gedir.

300 milyon dollar dəyərində olan kompleksin sakinləri üzgüçülük hovuzları və məftunedici lükslərdən əlavə, süni intellektlə təchiz edilmiş qabaqcıl sağlamlıq sisteminə çıxış əldə edəcəklər. Onlar üçün gözəl  restoranlar, boulinq meydançası və qayayadırmanma divarı hazırlanacaq.

Məqalədə deyilir ki, tikinti 2026-cı ildə başa çatdırılacaq. Bu barədə  planlarını SAFE şirkəti yayıb. Aerie (Qartal yuvası) ləqəbli bunkerdə müştərilərin hər biri 20 milyon dollar xərcləyəcək və onlar Yerdəki fəlakətdən sağ çıxmaq şansı qazanacaqlar.

Obyekt nisbətən Vaşinqtona yaxın ərazidə yerləşəcək. Lakin layihənin müəllifləri iddia edirlər ki, bu yer heç də qlobal gərginlikdən və üçüncü dünya müharibəsi qorxusundan yaradılmayıb.

Qəzet xatırladıb ki, “Qartal yuvası” planetin super zənginləri üçün tikilən yeganə sığınacaq deyil.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*