ABŞ-dan Avropaya SƏRT MESAJ: “Əgər siz qorxub qaçırsınızsa…”backend

ABŞ-dan Avropaya SƏRT MESAJ: “Əgər siz qorxub qaçırsınızsa..."

“Avropa ilə bağlı məni ən çox narahat edən təhlükə nə Rusiya, nə Çin, nə də başqa xarici oyunçudur. Mən daxildən gələn təhlükədən, Avropanın bəzi ən fundamental dəyərlərindən geri çəkilməsindən narahatam”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.

Onun sözlərinə görə, heterodoks baxışları məhdudlaşdırmaq demokratiyanı məhv etməyin ən yaxşı yoludur. Odur ki, öz xalqı tərəfindən seçilən Avropa liderləri xalqın dediklərini qəbul etməlidir.

Vens, Britaniyada abort klinikasından kənarda namaz qıldığına görə şəxsin həbs edilməsini, İsveçdə Quranı açıq şəkildə yandırdığına görə bir anti-islamçının məhkum olunmasını Avropanın siyasi ifadəyə repressiv reaksiyası kimi təsvir edib.

Bir çoxları ABŞ vitse-prezidentinin Avropa ölkələrinə müdafiə xərclərini artırmaq çağırışlarını təkrarlamasını gözləsə də, Vensin mesajı daha güclü olub: “Əgər siz öz seçicilərinizdən qorxub qaçırsınızsa, Amerika sizin üçün heç nə edə bilməz”, – Vens vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*