ABŞ-dan Ayasofya ilə bağlı açıqlama – Ərdoğan isə fikrində qətidirbackend

ABŞ-dan Ayasofya ilə bağlı açıqlama – Ərdoğan isə fikrində qətidir

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Türkiyə hakimiyyətini İstanbuldakı Ayasofya məbədinin muzey statusunu qorumağa çağırıb.

KONKRET.az xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, Türkiyə Dövlət Şurası İstanbulda yerləşən Ayasofyanın statusunu dəyişdirməyi (indi muzey statusuna malikdir) nəzərdən keçirəcəkdir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, ölkəsinin digər dövlətlərin fikirlərini nəzərə almadan, kafedralın vəziyyətini məscidə çevirmək hüququ var.

Pompeonun bəyanatında deyilir: “Türkiyə hökumətini Ayasofyanı bir muzey kimi saxlamağa,  Türkiyə Cümhuriyyətinə töhfə vermiş dini ənənələrə və tarixi müxtəlifliyə hörmət etmək öhdəliyini qorumağa, məbədin hamı üçün əlçatan olmasını təmin etməyə çağırırıq”.

O qeyd edib ki, muzeyin statusu dünyanın hər yerindən olan insanlara bu “möhtəşəm tarixi varlığa” baxmağa və onu dərk etməyə imkan verir.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*