ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ – Təcili addımlar atınbackend

ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ – Təcili addımlar atın

ABŞ Azərbaycan və Ermənistanı atəşkəs öhdəliklərini yerinə yetirməyə çağırıb.

KONKRET.az  xarici mediaya istinadən xəbər verir ki, ABŞ sərhəddəki gərginliklə bağlı həm Ermənistanı, həm də Azərbaycanı təcili addımlar atmağa çağırıb. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays açıqlama ilə çıxış edib:

“ABŞ son vaxtlar Ermənistanla Azərbaycan sərhədində  gərginliyin artmasından narahatdır. Ermənistanı və Azərbaycanı vəziyyəti gərginləşdirməmək üçün təcili addımlar atmağa və atəşkəslə bağlı öhdəlikləri yerinə yetirməyə çağırırıq”.

Görünən odur ki, okeanın o tayından olsa belə, ABŞ Qafqazda gedən proseslərə birbaşa olmasa da, dolayı yollarla müdaxilə etmək niyyətindədir. Lakin təəssüf  ki, AĞ EV Ermənistanın demarkasiya prosesinə mane olduğunu və atəşkəsə, eləcə də üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini qulaqardına vurur. Rəsmi İrəvana təzyiq göstərmək istəməyən Bayden administrasiyası, hər iki tərəfə müraciət etməklə işini bitmiş sayır.

Müşviq Tofiqoğlu

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*