ABŞ-dan Rusiyaya sensasion təklif: Vaşinqton nə istəyir?backend

ABŞ-dan Rusiyaya sensasion təklif: Vaşinqton nə istəyir?

Polşanın nüfuzlu “Onet” nəşri iddia edir ki, ABŞ administrasiyası Rusiya ilə bağlı yeni və olduqca sərfəli təklif paketi hazırlayıb.

KONKRET.az xəbər verir ki, Ağ Evin xüsusi elçisi Stiv Uitkoff bu təklifi ötən gün Moskvada rəsmi dairələrə təqdim edib.

Nəşrin məlumatına əsasən, Vaşinqtonun Moskva üçün hazırladığı təklifin əsas bəndləri aşağıdakılardır:

Ukraynada atəşkəsin elan olunması, lakin tammiqyaslı sülh razılaşması nəzərdə tutulmur;

İşğal olunmuş Ukrayna ərazilərinin Rusiya tərəfindən faktiki nəzarətdə saxlanılması, bu məsələnin 49 və ya 99 il müddətinə beynəlxalq gündəmdən çıxarılması;

Rusiyaya qarşı tətbiq olunan sanksiyaların böyük hissəsinin ləğvi və uzunmüddətli dövrdə ABŞ-Rusiya enerji əməkdaşlığının bərpası.

Bununla yanaşı, nəşr qeyd edir ki, Moskvanın əsas tələblərindən biri olan NATO-nun şərqə doğru genişlənməsinin dayandırılması ilə bağlı heç bir zəmanət sənəddə yer almır. Eyni zamanda, ABŞ Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı da heç bir öhdəlik götürməyib.

Mövzu ilə bağlı açıqlama verən Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə məlumatı dolayısı ilə təsdiqləyib:

“Amerika tərəfinin müəyyən bir təklifi olub və biz bu təklifi ümumilikdə qəbuledilən hesab edirik,” – deyə o bildirib.

Hazırda nə ABŞ, nə də Rusiya tərəfi bu iddialara rəsmi şərh verməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*