ABŞ-dan “silahlı toqquşma” xəbərdarlığı: Azərbaycanla sərhədə getməyin!backend

ABŞ-dan “silahlı toqquşma” xəbərdarlığı: Azərbaycanla sərhədə getməyin!

ABŞ Dövlət Departamenti Ermənistanla bağlı səyahət tövsiyəsini yeniləyərək, Azərbaycanla sərhəddə təhlükənin artdığını açıqlayıb.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında bildirilib.

Sentyabrın əvvəlində saytda yenilənən “Ermənistana səyahət məsləhəti” (Armenia Travel Advisory) hissəsində xüsusilə Azərbaycanla sərhəd bölgələr “riskli ərazilər” kimi qeyd olunub.

Bildirilir ki, bu zonalarda uzun illərdir davam edən münaqişə səbəbindən hər an silahlı toqquşma riski yarana bilər.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb, həmçinin üçtərəfli memorandum imzalanıb. Bu sazişlərin imzalandığı və uzun müddətdir sərhəddə heç bir insident olmadığı halda ABŞ Dövlət Departtamentinin bu xəbərdarlığı qəribə təsir bağışlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*