ABŞ-dan sonra Avropa İttifaqı da hərəkətə keçdi: Ukraynadan nə istəyirlər?backend

ABŞ-dan sonra Avropa İttifaqı da hərəkətə keçdi: Ukraynadan nə istəyirlər?

Aİ ölkələri Ukraynanın mineral ehtiyatlarının istismarı ilə bağlı Kiyevlə öz razılaşmalarını müzakirə edirlər.

KONKRET.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Avropa Komissiyasının vitse-prezidenti Stefan Sejournaisin bəyanatına istinadən məlumat yayıb.

Avropa Komissiyasının sədri Ursula fon der Leyenin iştirakı ilə fevralın 24-də Kiyevdə keçirilən danışıqları yekunlaşdıran Sejurnalis bildirib ki, Avropanın ehtiyac duyduğu 30 mineraldan 21-i qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində Ukrayna tərəfindən təmin edilə bilər.

Rifah və sənaye strategiyası üzrə Avropa komissarı vəzifəsini də icra edən Sejournais, mümkün razılaşmanın şərtlərini, eləcə də Aİ ölkələrinin iddia etdiyi mineralları təqdim etməyib.

Fevralın əvvəlində ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton Ukraynadan nadir torpaq metalları almaqda maraqlıdır. Fevralın 12-də ABŞ-ın maliyyə naziri Skott Besant Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenskiyə faydalı qazıntılar haqqında sazişin mətnini təqdim edib. Daha əvvəl sazişin imzalamağa hazır olduğunu bildirən Zelenski nə Besantla görüşdə, nə də Münhendə ABŞ-ın vitse-prezidenti ilə danışanda bunu imzalamayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*