ABŞ hazırda Avropadan Yaxın Şərqdəki hərbi bazalarına böyük miqyaslı hava daşıma əməliyyatı həyata keçirir. Ən azı 10 ədəd Boeing C-17 Globemaster tipli hərbi-nəqliyyat təyyarəsi bölgəyə silah sistemləri və digər hərbi avadanlıqlar daşıyır.
KONKRET.az xəbər verir ki, eyni zamanda, Flight Radar platformasının məlumatına görə, bu gün İranın paytaxtı Tehrana enən Çin yük təyyarələrinin sayı 5-ə çatıb. Təyyarələrin göyərtəsində nə olduğu barədə rəsmi və ya dəqiq məlumat verilməyib.
Hərbi analitiklər vəziyyəti yaxından izləyir və bu intensiv hərəkətliliyin bölgədə artan gərginliklə əlaqəli ola biləcəyini bildirirlər.
Natiq Səlim,
KONKRET.az