Amerika Birləşmiş Ştatlarında müsəlmanlara qarşı zorakılıq və nifrət nəzərəçarpacaq dərəcədə artıb.
KONKRET.az xarici mediaya istinadən bildirir ki, bu barədə Birləşmiş Ştatların prezidenti Co Baydenin Ramazan ayının başlanması münasibəti ilə yazılı bəyanatında deyilir:
“Burada, öz evimizdə müsəlman amerikalılara qarşı dəhşətli nifrət və zorakılıq dalğasını müşahidə edirik. Din azadlığı və müsəlman mühacirlər də daxil olmaqla immiqrantların töhfələri əsasında qurulan ABŞ-də islamofobiyaya yer yoxdur. Mənim administrasiyam İslamofobiya və onunla əlaqəli olan ayrı-seçkilik hərəkətlərinə qarşı ilk Milli Strategiya hazırlayır. Bu, harada baş verməsindən asılı olmayaraq müsəlmanlara, sikxlərə, cənubi asiyalılara və ərəbəsilli amerikalılara qarşı nifrətin qarşısının alınması məqsədilə həyata keçiriləcək”.
Xatirə SADİQ,
KONKRET.az