Amerikanın Las-Veqas şəhərində müttəhim Delon Redden məhkəmə zalında hakimə hücum edib.
KONKRET.az xəbər verir ki, “Washington Post” qəzetinin yazdığına görə, şərti azadlığa çıxmaq istəyən müttəhimin istəyi həyata keçməyib. Hakim Meri Kay Holthus müttəhimi girov müqabilində sərbəst buraxmaqdan imtina edib. Bundan sonra Delon Redden hakimə yumruq zərbələri ilə hücum edib.
Təhlükəsizlik qüvvələri vəziyyətə müdaxilə edib.
Səlahiyyətlilər hakim və mühafizəçinin yaralandığını bildirib.
Qeyd edək ki, Redden artıq üç dəfə məhkumluq həyatı yaşayıb.
Burhan,
KONKRET.az