ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcəkbackend

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə köməkçisi Mişel Sison Azərbaycana səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

ABŞ Dövlət Departamentinin rəsmisi 22 mart – 7 aprel tarixlərində Madaqaskar, Cənubi Afrika, Mavriki, Azərbaycan, Monqolustan, Vyetnam, Tailand və Laosa səfər edəcək.

Mişel Sison martın 29-da Azərbaycana səfər edəcək.

Dövlət katibinin köməkçisi səfəri zamanı mövcud və potensial çoxtərəfli əməkdaşlıq sahələrini, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal sağlamlıq təhlükəsizliyi daxil olmaqla transmilli çağırışlarla bağlı müzakirələr aparacaq. Dövlət katibinin köməkçisi Sison həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ namizədi Emi Papanın dəstəklənməsini də təşviq edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*